Azərbaycan Respublikası Dövlət Neft Fondu (ARDNF) Çin yuanında investisiya prosesinin birinci hissəsində Çinin dövlət istiqrazlarına investisiya yatırmağı planlaşdırır. Bəzi texniki məsələlər həll edildikdən sonra artıq tez bir zamanda birbaşa investisiyaya keçilməsi nəzərdə tutulur.
Bu barədə sualı cavablandıraraq ARDNF-in ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib. Qeyd edilib ki, Çin Xalq Bankından Çinin maliyyə bazarlarına investisiya etmək üçün 3 milyard Çin yuanı (təxminən 500 milyon ABŞ dolları) həcmində investisiya edilməsi üçün tərəflər arasında müqavilə artıq imzalanıb. Eyni zamanda, səhmlərə investisiyaların edilməsi imkanları da ARDNF tərəfindən araşdırılır. Bununla bağlı hər iki ölkənin müvafiq qurumları arasında Qarşılıqlı Anlaşma Memorandumu imzalanıb. Növbəti addım zəruri kvota və lisenziyanın alınmasıdır ki, bu proses də müəyyən zaman ala bilər.
AZƏRTAC