Banker.az “Report”a istinadən xəbər verir ki, Azərbaycan Dövlət Neft Fondu (ARDNF) Azərbaycan Mərkəzi Bankı vasitəsilə bu gün keçiriləcək növbəti hərraca 50 mln ABŞ dolları həcmində valyuta kütləsini satışa çıxaracaq.
Bu barədə mənbəyə bank dairələrindən məlumat verilib.