17 C
Baku
Bazar ertəsi, Oktyabr 18, 2021

Neft Fondu İnsan resurslarının idarəedilməsi üçün məsləhət alacaq

Screen Shot 2021 09 02 at 14.34.20

Azərbaycan Respublikasının Dövlət Neft Fondu (ARDNF) İnsan resurslarının idarəedilməsi (HR Management) üzrə məsləhət xidmətlərinin satın alınması üzrə açıq tender elan edir.

İddiaçılara təklif edilir ki, https://www.etender.gov.az/ – dövlət satınalmalarının vahid internet Portalına (Portal) asan və ya elektron imzaları vasitəsilə daxil olsunlar və e.tender haqqında ətraflı məlumatı əldə etsinlər. Müqaviləni yerinə yetirmək üçün iddiaçılar lazımi maliyyə və texniki imkanlara malik olmalıdırlar. E.tenderdə iştirak etmək istəyən iddiaçılar 300 AZN məbləğində müəyyən edilən iştirak haqqını Portal üzərindən “ASAN ödəniş” sisteminə keçid edərək ARDNF-nin qeydiyyatdan keçmiş aşağıdakı hesabına köçürdükdən sonra tələb olunan sənədləri və tender təkliflərini Portal vasitəsilə təqdim edə bilərlər. Tələb olunan sənədlərin siyahısı Portalda göstərilmişdir.

Ünvan: AZ1029, Bakı şəhəri, Nizami rayonu, Heydər Əliyev prospekti, 165

İştirak haqqı heç bir halda geri qaytarılmır.

İddiaçılar tələb olunan sənədləri (tender təklifi və təklifin təminatı istisna olmaqla) 16 fevral 2021-ci il saat 10:00-a, tender təkliflərini (təklifin təminatı ilə birlikdə) 24 fevral 2021-ci il saat 18:00-a qədər Portal vasitəsilə təqdim etməlidirlər.

Təkliflər 25 fevral 2021-ci il saat 10:00-da açılacaqdır.

İddiaçılar açılışın nəticələri ilə Portal vasitəsilə tanış ola bilərlər.

e.tenderdə iştirak, tenderin qiymətləndirilməsi və digər bütün prosedurlar yalnız elektron qaydada Portal vasitəsilə aparılır.

Screen Shot 2021 09 23 at 11.36.43
Son xəbərlər
360 380
Oxşar xəbərlər