10 C
Baku
Friday, December 13, 2024

Neft Fondu ötən il səhm portfelindən 5% qazanıb

Azərbaycan Dövlət Neft Fondunun (ARDNF) səhm portfelinin gəlirliliyi 2016-cı ildə 4,96% təşkil edib. 

ARDNF-dən verilən məlumata görə, səhm portfeli ötən il məcmi investisiya portfelinin 9,24%-ni təşkil edib. Bununla da Fondun səhm portfelindən əldə etdiyi vəsait 173 mln. ABŞ dolları təşkil edib.

ARDNF-in 2016-cı ildə məcmu gəlirləri isə 636 mln. dollar olub. Yəni, səhm portfelindən əldə olunan gəlir məcmu gəlirlərin 27%-nə bərabər olub. Xatırladaq ki, ARDNF səhmlərə yatırılan sərməyələrin məcmu investisiya portfelində xüsusi çəkisini 15%-dək (əvvəlki limit 10% olub) artırmağı planlaşdırır.

ARDNF-in səhm portfelinə daxil olan indekslər isə 24 ölkəni və 1 600-dan çox iri şirkətləri əhatə edən, daha çox diversifikasiya olunmuş və bu şirkətlərin səhmlərinin bazar dəyərlərinə uyğun şəkildə təmsil olunduğu indekslərdir. ARDNF-in səhm portfelinə “MSCI World”, “MSCI Europe ex-UK” və “S&P 100” səhm indeksləri, eləcə də “VTB Bank”dakı (Rusiya) strateji səhm payı daxildir.

Qeyd edək ki, ARDNF-in investisiya portfeli 2016-cı il yanvarın 1-nə 33 574 mln. dollar, 2017-ci il yanvarın 1-nə isə 33 147 mln. dollar təşkil edib.

MənbəReport
Son xəbərlər
Digər xəbərlər