31 C
Baku
Wednesday, August 10, 2022

Neft Fondu qurğunun inşası üçün $70 mln.-a yaxın vəsait ayırıb

Azərbaycan Dövlət Neft Fondu (ARDNF) 2017-ci ilin I rübündə ilk 6-cı nəsil üzən yarımdalma qazma qurğusunun tikintisinin maliyyələşdirilməsinə $66 mln. məbləğində vəsait yönəldib. Bu barədə agentliyə fonddan məlumat verilib.

“İndiyədək layihəninreallaşdırılmasına ARDNF-in büdcəsindən $859,7 mln., o cümlədən bu ilin I rübündə $66 mln. ayrılıb”, – deyə məlumatda qeyd olunur.

Layihənin dəyəri $1 mlrd. 116,7 mln. təşkil edir.

2016-cı ildə ARDNF sözügedən layihənin reallaşdırılmasına $97,7 mln. yönəldib.

Azərbaycanda ilk 6-cı nəsil üzən yarımdalma qazma qurğusunun tikintisi layihəsinin sifarişçisi funksiyalarını həyata keçirmək üçün “Azerbaijan Rigs” MMC yaradılıb. MMC-də ARDNF 90%, SOCAR (Azərbaycan Dövlət Neft Şirkəti, ARDNŞ) 10% iştirak payına malikdir.

2013-cü ilin iyun ayında “Caspian Drilling Company” (ARDNŞ və “Global Santa Fe” tərəfindən təsis edilib) və Sinqapurun “Keppel Fels” şirkəti 6-cı nəsil üzən yarımdalma qazma qurğularının tikintisinə dair saziş imzalayıblar. Tikinti işləri “Keppel Fels” tərəfindən həyata keçirilir.

Qurğu dənizin 1000 metr dərinliyində qazma işlərinin aparılması və 12 min metr dərinliyə malik quyuların qazılması üçün nəzərdə tutulacaq.

Azərbaycan Dövlət Neft Fondunda neft müqavilələrinin reallaşmasından, əsasən dövlətin mənfəət neftinin satışından, ölkə ərazisində neft və qazın nəqlinə görə tranzit tariflərindən, dövlət əmlakının icarəsindən və digər mənbələrdən daxil olan gəlirlər toplanır.

Son xəbərlər
Oxşar xəbərlər