Dövlət Neft Fondu (ARDNF) tibbi sığorta xidmətlərinin satın alınması məqsədi ilə açıq tender elan edib.
Tender təkliflərinin qiymətləndirilməsi zamanı tibbi sığorta sahəsində xidmətlərin təklifindən ən azı 5 illik təcrübə, texniki və maliyyə imkanları kimi meyarlara üstünlük veriləcək.
Tenderdə iştirak haqqı 100 manatdır.
Tender təkliflərinin qəbulu dekabrın 1-nə qədər keçiriləcək. Tender təkliflərinə dekabrın 2-də baxılacaq.