Neft Fondu valyuta satışını 3 dəfədən çox artırıb

2020-ci ilin yanvar-mart aylarında Dövlət Neft Fondu (ARDNF) 2 mlrd. 771,9 mln. ABŞ dolları məbləğində valyuta satışı həyata keçirib ki, buda ötən ilin eyni dövrü ilə müqayisədə 78,6% çoxdur.

Cari ilin martında isə ARDNF-in valyuta satışının məbləği 1 mlrd. 928,3 mln. ABŞ dolları təşkil edib. İllik müqayisədə valyutanın satışı 3,2 dəfə çoxalıb