32 C
Baku
Sunday, July 13, 2025

Neft Fondu valyuta satışını azaldıb

Bu ilin yanvar-may ayları ərzində Azərbaycan Dövlət Neft Fondu (ARNDF) 2 327,7 mln. ABŞ dolları məbləğində valyuta satışı həyata keçirib.

Banker.az xəbər verir ki, bu barədə ARDNF məlumat yayıb.

Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 8% azdır.

Bu ilin beş ayında valyuta satışının 352,4 mln. dolları may ayının payına düşüb. Bu isə ötən ilin may ayından 16,6% azdır.

Xatırladaq ki, ARDNF tərəfindən 2018-ci ilin yanvar-may ayları ərzində 2 535,5 mln. dollar, may ayında isə 422,7 mln. dollar məbləğində vəsait satılıb.

Son xəbərlər
Digər xəbərlər