13 C
Baku
Friday, May 17, 2024

Neft Fondundan mühüm – MANAT AÇIQLAMASI

Azərbaycan Dövlət Neft Fondunun (ARDNF) məqsəd və vəzifələrindən irəli gələn öhdəliklərindən biri də dövlət büdcəsinə illik əsasda ödənilməli olan transfertlərin vaxtlı-vaxtında və düzgün şəkildə həyata keçirilməsidir.

Oxu.Az xəbər verir ki, bu barədə ARDNF-in yaydığı məlumatda deyilib.

“Bildiyiniz kimi, ARDNF-nin əsas gəlir mənbəyi olan karbohidratların satışı da daxil olmaqla bütün daxilolmaları xarici valyutalarda, o cümlədən ABŞ dollarında (USD) baş tutur və yuxarıda qeyd edilən öhdəliklərin həyata keçirilməsi məqsədilə bu valyutanın Azərbaycan manatına (AZN) mübadilə edilməsi zərurəti yaranır.

Bu məqsədlə ARDNF hər il üçün Maliyyə Nazirliyi tərəfindən təqdim olunan qrafikə uyğun olaraq ölkədə fəaliyyət göstərən ən nüfuzlu banklarla nəzərdə tutulan AZN məbləğinin alınması istiqamətində müvafiq valyuta əməliyyatları həyata keçirir.

Nəzərinizə çatdırmaq istərdik ki, bütün əməliyyatlar Azərbaycan Mərkəzi Bankı tərəfindən hər gün üçün müəyyən edilən rəsmi məzənnə əsasında baş tutur” – deyə, Neft Fondundan qeyd edilib.

Son xəbərlər
 ⁠
Digər xəbərlər