2015-ci il büdcəsinin icrası çərçivəsində Dövlət Neft Fondu dövlət büdcəsinə 5 650,0 milyon manat vəsait transfert edib.
Banker.az Neft Fonduna istinadən xəbər verir ki, qaçqın və məcburi köçkün ailələrinin məskunlaşdırılması və sosial-məişət vəziyyətinin yaxşılaşdırılması üzrə tədbirlərin həyata keçirilməsinə 130,4 milyon manat, Samur-Abşeron suvarma sisteminin yenidən qurulmasına 67,8 milyon manat vəsait ayrılıb. “Bakı-Tbilisi-Qars yeni dəmir yolu” layihəsinin maliyyələşdirilməsinə Neft Fondundan 22,6 milyon manat vəsait sərf olunub. 16,8 milyon manat vəsait “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı”nın maliyyələşdirilməsinə yönəldilib. “Cənub Qaz Dəhlizi” layihəsi üzrə isə 489,3 milyon manat vəsait xərclənib.
2015-ci ilin yanvar-sentyabr ayları ərzində Neft Fondunun idarə edilməsi ilə bağlı xərcləri 20,2 milyon manat təşkil edib.
2015-ci il oktyabrın 1-ə Fondun aktivləri 2015-ci ilin əvvəlinə (37 104,1 milyon ABŞ dolları) nisbətən 6,38% azalaraq 34 738,1 milyon ABŞ dollarına bərabər olub.