10 C
Baku
Şənbə, Noyabr 27, 2021

Neft Fondunun Azəri-Çıraq-Günəşli və Şahdənizdən gəlirləri 157 milyard dolları aşıb

Dövlət Neft Fondu 2001-ci ildən 01 oktyabr 2021-ci il tarixinədək Azəri-Çıraq-Günəşli (AÇGyatağı üzrə  153 milyard 372 milyon ABŞ dolları gəlir əldə edib.

Banker.az Fondun yaydığı məlumata istinadən xəbər verir ki,  01.01.2021-01.10.2021 dövründə (bu ilin 10 ayında) Fond AÇG üzrə 3 milyard 966.8 milyon ABŞ dolları gəlir əldə edib.

2007-ci ildən etibarən Şahdəniz yatağı üzrə qazın və kondensatın satışından əldə olunan ümumi gəlirlər isə 3 milyard 996 milyon ABŞ dollarına çatıb (01.10.2021 tarixinə).

 

Son xəbərlər
Oxşar xəbərlər
X