2025-ci ilin 6 ayında Azərbaycan Respublikası Dövlət Neft Fondunun büdcəsinin gəlirləri 8815,9 milyon manat, xərcləri 7264,8 milyon manat olub.
Banker.az bu barədə Maliyyə Nazirliyinə istinadən xəbər verir.
Belə ki, Neft Fondunun büdcə gəlirləri 2024-cü ilin eyni dövrü ilə müqayisədə 427 milyon manat və ya 4.6 faiz azalıb.
Xərcləri isə 2024-cü ilin eyni dövrü ilə müqayisədə 862.1 milyon manat və ya 13.5 faiz çoxalıb.