9 C
Baku
Thursday, December 12, 2024

Neft Fondunun investisiya portfelindəki istiqrazların kredit reytinqləri üzrə təsnifatı – infoqrafika

Dünya bazarlarında neftin ucuzlaşmasının Neft Fondunun investisiya siyasətinə təsirsiz ötüşməyib. Bunu Azərbaycan Respublikası Dövlət Neft Fondun 2012-2018-ci illər üzrə investisiya portfelindəki istiqrazların kredit reytinqlərinin dəyişməsi tendensiyası göstərir. Neftin bahalı vaxtlarında Fond yüksək kateqoriyalı (A və daha yüksək) qiymətli kağızların payını azaltmaq siyasəti yürüdüb və nisbətən aşağı kateqoriyalı kağızların (BBB və daha aşağı) payını artıb (23%-ə qədər).

Məsələn, 2012-2016-cı illərin I rübündə A və daha yüksək kateqoriyalı kağızların payı 77-79% arasında dəyişib və getdikcə azalma tendensiya göstərib. Ancaq sonrakı dövrlərdə bu göstərici artmağa başlayıb və 2018-ci ilin I rübünə 89,2%-ə qədər yüksəlib.

AA kateqoriyalı istiqrazlar ən yüksək həddə (41,3%) çatıb və portfeldə ən böyük paya malikdir. Vaxtilə üstünlük təşkil edən ən yüksək (AAA) kateqoriyalı kağızların payı isə son iki ildə kəskin artmasına (14,04%-dən 31,3%-ə) rəğmən ikinci böyük paya malikdir.

Eyni zamanda son 2 ildə qeyri-investisiya kateqoriyasına daxil olan qiymətli kağızların payı 3,5%-ə artıb. Buna səbəb bəzi ölkələrin kredit reytinqinin azaldılmasıdır. (lütfən linkə baxın)

MÜƏLLİF: SAMİR ƏLİYEV

 

Son xəbərlər
Digər xəbərlər