Neft Fondunun istiqrazlar və pul bazarları alətlərinin 35,7 faizinin yerləşdirilmə müddəti 1-3 illikdir

0

Bu il yanvarın 1-nə Azərbaycan Respublikası Dövlət Neft Fondunun (ARDNF) istiqrazlar və pul bazarları alətləri portfelinin yerləşdirilmə müddəti üzrə təsnifatı 0-1 illik 32 faiz, 1-3 illik 35,7 faiz, 3-5 illik 17,1 faiz, 5 ildən artıq isə 15,2 faizdir.

Bu barədə fondun 2017-ci ilə dair investisiya fəaliyyətinin yekunları üzrə hesabatında bildirilir.


Kredit müraciəti

Sizin müraciətiniz banka göndərildi.

Cari ilin əvvəlinə Neft Fondunun istiqrazlar və pul bazarları alətləri portfelinin kredit reytinqləri üzrə təsnifatı isə belədir: “AAA” 22,3 faiz, “AA” 18,5 faiz, “A” 44,8 faiz, “BBB” 10,7 faiz, qeyri-investisiya dərəcələri isə 3,7 faiz.