26 C
Baku
Şənbə, Sentyabr 18, 2021

Neft Fondunun qrafikə uyğun satıla bilməyən vəsaiti $539 mln. təşkil edir

Screen Shot 2021 09 02 at 14.34.20

Profisitli tədiyə balansı valyuta bazarının həm nağd, həm də qeyri-nağd seqmentlərində təklifin artması və tələbin azalması ilə müşayiət olunur.

Bu barədə Mərkəzi Bankın uçot faiz dərəcəsi ilə bağlı şərhində deyilir.

AMB bildirir ki, bu da qiymətlər sabitliyinin əsas lövbəri olan məzənnə sabitliyini dəstəkləyir: “Bütövlükdə cari ilin ötən dövründə 55 valyuta hərracında 3.2 mlrd. ABŞ dolları satılmışdır ki, bu da orta hesabla hər hərraca 58.7 mln. ABŞ dolları deməkdir.

Hərracların 87%-də təklif tələbi üstələmişdir. Cari ilin 30 iyul tarixinə Dövlət Neft Fondunun qrafikə uyğun satılmayan vəsaiti 539 mln. ABŞ dollarıdır”.

AMB bunu da qeyd edir ki, valyuta bazarında sabitlik şəraiti bank sektorunda depozit və kredit portfelinin dedollarlaşma tendensiyası davam etdirir. Belə ki, depozit portfelinin xarici valyutada olan hissəsi 6 ayda 4.1 faiz bəndi azalaraq 49.1% təşkil etmişdir. Kredit portfelinin xarici valyuta hissəsi isə 2.9 faiz bəndi azalaraq 27.3% təşkil etmişdir.

Screen Shot 2021 09 08 at 14.27.09
109,597AzarkeşlərKimi
Son xəbərlər
360x380 1
Oxşar xəbərlər