25 C
Baku
Saturday, July 27, 2024

Neft yeni həftəyə bahalaşma ilə start verdi

Dünya birjalarında Brent markalı xam neftin qiyməti ötən həftəni ucuzlaşaraq 63 dollar/barreldən aşağı düşsə də, yeni həftəyə artım dinamikası ilə start verib.

Londonun qitələrarası fond birjasında Brent markalı xam neftin bir barreli aprel fyuçerslərinə 1.13% (71 sent) bahalaşma ilə 63.62 dollar olub.

Nyu-York əmtəə birjası NYMEX-də WTI markalı xam neftin bir barreli 0.93% (55 sent) artımla 59.79 olub.

Bahalaşmaya əsas səbəb kimi ABŞ dollarının indeksinin 6 əsas valyuta qarşısında 0.038 bənd azalmaqla 90.325 bəndə düşməsi və eləcə də ABŞ və bir neçə inkişaf etmiş ölkələrdə iqtisadiyyatın bərpa olunması xəbəridir.

Son xəbərlər
Digər xəbərlər