-1 C
Baku
Sunday, December 15, 2024

Neft haqqında nə bilirik?

Neftdən yalnızca benzin və kerosin deyil, həmçinin DVD və CD disklər, telefon və kompüterlər, tank və təyyarələr, dodaq boyası və ətir, diş məcunu və yuyucu maddə, antiseptik maddə və dərman hazırlandığını bilirsinizmi?!  Bu hələ neftdən hazırlanan məhsulların tam siyahısı deyil.

Bəs iqtisadiyyatda mühüm rol oynayan neft haqqında daha nə bilirik:

6000 ildən çoxdur ki, neft insanlar tərəfindən istifadə edilir. Qədim misirlilər və daha sonradan yunanlar işıqlandırma vasitəsilə primitiv lampalardan istifadə edirdilər və bu lampaların əsas yanacağı neft idi.

Neft kimyəvi tərkibinə görə daş kömürə çox bənzərdir. Onun da əsas tərkib hissəsi karbondur. Buna görə də, alimlər neft və qazı kömür, torf və şist ilə yanaşı eyni qazıntı maddələri sinfinə aid edirlər.

Neft nə rəngdədir? Adətən neft qara rəngə sahibdir. Lakin bununla yanaşı qırmızı, yaşıl, kəhrəba, mavi və şəffaf rənglərdə də ola bilir. Neftin rəngi tərkibində olan qətranlı maddələrin rəngindən, sayından və növündən asılıdır. Şəffaf və yaxud ağ neft əsas etibarilə qaz kondensatıdır.

Aspirin dərman vasitəsinin istehsalı benzol və karbohidrogendən başlayır.  Azərbaycan hər il milyonlarla barrel neft emal edir. Artıq bir çoxlarımızın bildiyi kimi, Naftalanda insanlar neft vannaları qəbul edərək bir çox xəstəliklərdən xilas olur.

Son xəbərlər
Digər xəbərlər