“Saudi Aramco” Asiyadakı ən azı yeddi müştərisinə qış mövsümün ortasından əvvəl noyabr ayında tam müqavilə həcmində xam neft alacaqlarını bildirib.
Banker.az xəbər verir ki, bazar ertəsi məsələ ilə bağlı məlumatı olan bir neçə mənbə Reuters-ə bildirib bildirib.
Mənbələrin dediyinə görə, istehsalçı istehsal azaldılması ehtimalına baxmayaraq Asiyaya tədarükünü sabit saxlayır.
Neft şirkəti ilə iş saatları xaricində dərhal şərh almaq mümkün olmayıb.
Səudiyyə Ərəbistanının energetika naziri Əbdüləziz bin Salman real tədarükün sutkada 1-1.1 milyon barelə qədər azalacağını bildirib. Analitiklər Səudiyyə Ərəbistanı, Birləşmiş Ərəb Əmirlikləri və Küveytin digər OPEC+ üzvlərinin hasilat hədəflərindən geri qalması səbəbindən hasilatın azaldılmasının böyük hissəsinin çiyninə düşəcəyini gözləyirlər.
Qeyd edək ki, OPEC+ noyabrdan dünya iqtisadiyyatında iqtisadi artım tempinin zəifləyərək tənəzzülə getməsi qorxusu ilə hasilatı gündəlik ifadədə 2 mln. barrel azaldılması qərarına gəlib. Bunun da 500 min barrel-günlüyü “Saudi Aramco”nun payına düşür.
Buna rəğmən, ən böyük neft ixracatçısı noyabrda sabit qaydada Asiyaya neftini satacaq.