Neft hasilatı azı üç ay müddətinə azala bilər

OPEC+ formatının iştirakçı ölkələri 2020-ci ilin may ayından ən tezi iyulun axırınadək hasilatı azaltmaqla bağlı yeni razılaşma haqqında müzakirə aparır.

TASS xəbər verir ki, bu barədə OPEC-dəki mənbələr bildiriblər.

Xatırladaq ki, martın 6-da OPEC+ formatının nazirləri arasında görüş zamanı hasilatı azaltmaq barədə razılıq baş tutmamışdı. Belə ki, cari ilin ikinci rübündə gündəlik hasilatı daha 1,5 milyon barel azaltmaq təklifi Rusiyanın etirazı ilə qarşılandı və bundan sonra dünya birjalarında neft 30 faiz ucuzlaşdı.

©Report