Aprelin 10-da “Böyük iyirmilik” (G20) ölkələrinin enerji nazirləri arasındakı videogörüşdə OPEC+ çərçivəsində 2022-ci ilədək müddətə yeni sövdələşmə razılaşdırılıb.
Yeni qaydaya görə, neft hasilatı tədricən azaldılmalıdır.
Rusiyanın energetika naziri Aleksandr Novak televiziyaya müsahibəsində OPEC+ formatının iştirakçı ölkələri tərəfindən qarşıdakı iki ay ərzində hasilatın 10 milyon barel, cari ilin ikinci yarısında 8 milyon barel, gələn il isə daha 6 milyon barel azaldılacağını bildirib. Report