16 C
Baku
Monday, April 29, 2024

Neft istehsalına görə ilk onluğa daxil olan Venesuelanı defolt gözləyir

İnvestisiya icmasının pessimizmi milli valyutanın kəskin ucuzlaşması fonunda meydana gəlib.

Venesuela müflis olma həddinə çatdı. İnvestorlar Venesuelanın öz xarici borclarını qaytarmağa qabiliyyətinə malik olmasına şübhə edirlər.

Bu barədə “The Wall Street Journal” məlumat yayıb. İnvestisiya fondlarının əsəbililiyi ölkənin müstəqil səhmlər üzrə fevral ayının 26-na düşən ödəmə tarixi yaxınlaşdıqca artır.

İnvestisiya icmasının pessimizmi milli valyutanın kəskin ucuzlaşması və Venesuelanın mənfi ticarət balansı fonunda meydana gəlib. Günə 2,5 milyon barelə yaxın neft istehsal edən Venesuela, neft istehsalçılarının ilk onluğuna daxildir.

Ölkənin böhran vəziyyətində sabitləşdirici fondunun olmaması defoltu praktiki olaraq qaçınılmaz edir. Qızıl valyuta fondları son 12 il ərzində ən aşağı səviyyədədir (15,3 milyard dollar, onun 65%-i qızıl şəklindədir). Yalnız bu il ölkə öz xarici borcunu ödəmək üçün 9,5 milyard dollar sərf edəcək. Ölkənin defolt ehtimalı yaxın beş ildə 97% səviyyəsində dəyərləndirilir.

“Məsələ Venesuelanın defolta uğramasında deyil, əsas məsələ bunun nə zaman baş verəcəyindədir”, – “Latinvest Group Holdings” investisiya bankının tərəfdaşı Rass Dallen qeyd edib.

“Moody’s” neftin qiymətlərinin uculaşmasına görə, Venesuelanın 2016-cı ildə neftin qiymətinin bir barel üçün 30 dollar səviyyəsində qalacağı halda əldə edə bilməyəcəyi gəliri 33 milyard dollar səviyyəsində qiymətləndirir.

Oxu.Az

Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər