13 C
Baku
Friday, April 26, 2024

Neft ixracatçısə olan bu ölkədə maaşlar 60 dəfə qaldırılacaq

“Petro”nun dəyəri 2018-ci ilin əvvəlində bir barel Venesuela neftinin dəyərində müəyyənləşdirilib

Venesuela prezidenti Nikolas Madura ölkədə minimal əmək haqqını 60 dəfə artırdığını elan edib.

Sputnik Azərbaycan Rusiya mətbuatına istinadla xəbər verir ki, dövlət başçısının sözlərinə görə, avqustun 20-də “Petro” kriptovalyutası dövriyyəyə buraxıldıqdan sonra onun bir vahidi 60 dollar və ya denominasiya edilmiş 3,600 bolivara bərabər olacaq.

Hazırda ölkədə minimal əmək haqqı bu kriptovalyutanın yarısı – 1800 bolivar miqdarındadır.

Bununla yanaşı, ölkədə ƏDV 12 faizdən 16 faizədək artacaq.

Məlumata görə, Venesuelanın milli valyutası 5 sıfır itirəcək. Maduro iddia edir ki, bu tədbirlər hiperinflyasiyadan əziyyət çəkən dövlətin pul-kredit və maliyyə həyatını kəskin sabitləşdirməyə imkan verəcək.

Karakas “Petro”-nu fevralın 20-dən etibarən reallaşdırmağa başlayıb. Ümumiyyətlə 100 milyon kriptovalyuta buraxmaq nəzərdə tutulub.

“Petro”nun dəyəri 2018-ci ilin əvvəlində bir barel Venesuela neftinin dəyərində müəyyənləşdirilib.

Kriptovalyutanın loqotipi Rusiya rublunun işarəsinə bənzəyir — ₽.

Qeyd edək ki, Venesuela 2014-cü ildən neftin qiymətinin düşməsindən sonra iqtisadi böhran yaşayır. Ölkədə böhran fonunda kütləvi iğtişaşlar və mağazalarda məhsul qıtlığı hökm sürür.

– Sputnik Az

Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər