25 C
Baku
Friday, August 19, 2022

Neft martdan bu tərəfə ən yüksək həddə ticarət olunur

Treyderlər üçün hazırda koronavirus pandemiyası və OPEC+ alyansının neft hasilatındakı tətbiq olunan kvotanın saxlanması və ABŞ dollarının ucuzlaşması ilə bağlı xəbərləri neft bazarı üçün optimist bir baxış yaradıb.

Brent markalı xam neftin qiyməti mart ayından bu tərəfə ən yüksək həddə qalxıb. Londonun ICE qitələrarası fond birjasında Brent-in bir bareli 0.44 dollar, yəni, 0.96% bahalaşmaqla 46.54 dollar olub. Söhbət 2021-ci ilin yanvar fyuçerslərindən gedir.

Qərbi Texas neftinin bir bareli dekabr fyuçerslərində 0.46 dollar, yəni, 1.07% bahalaşmaqla 43.52 dollar olmuşdur.

Bundan əlavə ötən gün yayılan xəbərdə “AstraZeneca” şirkətinin COVID-19 peyvəndinin artıq bir çox şəxslərə təsirli olacağını bildirir. Bildirilir ki, ABŞ-da dövlət proqramı ilə artıq dekabr ayının 12-dən başlayaraq bu vaksinasiya (peyvənd) tətbiq ediləcəyi üçün “ümidlərin” olduğunu qeyd edirlər.

Son xəbərlər
Oxşar xəbərlər