10 C
Baku
Bazar ertəsi, Yanvar 24, 2022

Neft “müqaviməti” rahatlıqla qırır: 79 dollara qədər bahalaşdı

Neftin qiymətindəki müqavimət artıq ötən gündən qırılmağa başlayaraq 79 dollar/barrel səviyyəsinə qədər bahalaşdı. Bu da Omikron ştammı ilə bazara gələn naratahatlıqlar dövründə ən yüksək göstərici oldu.

Neftin qiymətinin artımına hətta ABŞ-da təyyarə reyslərinin ləğv edilməsi belə təsiredici olmadı.

Brent neftinin qiyməti ticarət sessiyası ərzində 6 qəpik, yaxud 0.08% artımla 78.28 dollar/barrel təşkil edib. Ötən gün isə Brentin hər barelində 3.2% bahalaşma ilə $78.60 dollara qədər gəlib çatdı.

Neftinin qiyməti isə ticarət sessiyasında 20 sent,  yaxud 0.26% bahalaşmaqla 75.77 dollar/barrel təşkil edib.

Brentin cari ildə qiyməti OPEC və onunla eyni alyansda olan hasilatçı ölkələrin təchizata müdaxiləsi və eləcədə vaksinasiya ilə qlobal iqtisadi bərpa ilə 45%-dən çox bahalaşma yaşayıb.

Neftin qiyməti 85 dollara qədər bahalaşdıqdan sonra noyabr ayında ortaya çıxan Omikron ştamı ilə 10% dəyər itirdi. Hansı ki, həmin ərəfədə ABŞ və onun koordinat etdiyi ölkələr neftin yüksək qiymətini yumşaltmaq üçün OPEC+ alyansına təzyiqlər edirdi ki, hasilatı artırsın. Alyans ölkələri bu artıma etməyincə koordinasiyada olan Yaponiya, Çin və Hindistan kimi ölkələrin strateji neft ehtiyatlarında bazara çıxarmağa cəhd etdilər ki, neft “bolluğu” yaransın.

Bir sıra ekspertlər Omikronun bazarda yaratdığı “qeyri-müəyyən təzyiqini” hələki qalıcı olduğunu və gələcək aylarda məhdudlamalar üçün əsas drayver sayırlar.

Neft üçün digər önəmli hadisə isə gələcəkdə İran ilə nüvə danışıqları ilə bağlıdır. Çünki, hazırda əsas neft ehtiyatlarına sahib olan islam respublikasının ixracla bağlı maneələri var. Bu ölkədə ixraca başlayarsa, bazarda neft bolluğu yarana bilər.

Qeyd edək ki, OPEC+ yanvar ayının əvvəli üçün Nazirlər Komitəsinin iclasını planlayır. Hadisələr plan üzrə baş tutarsa, növbəti aydan günlük ifadədə 400 000 barrel neft hasilatının artırılacaq.

Son xəbərlər
Oxşar xəbərlər