4 C
Baku
Friday, March 29, 2024

Neft nəhəngi “Total” günəş enerjisi bazarında lider olan şirkətin 20%-ni alıb

Fransanın “Total” adlı neft-qaz şirkəti günəş enerjisi bazarında lider olan Hindistan istehsalçısı “Adani Green Energy”nin 20 faizini satın aldığını açıqlayıb.

Banker.az bu barədə “Forbes.ru”ya istinadən xəbər verir.

Verilən məlumata görə, “Total” 2030-cu ilədək investisiya büdcəsinin təxminən beşdə birini (3 milyard dollar) günəş enerjisinə yatırmağı planlaşdırır.

Razılaşmanın dəyəri 2.5 milyard dollar təşkil edir. Müqavilənin şərtlərinə görə, “Total” şirkətinin nümayəndələri Hindistan istehsalçısının direktorlar şurasında daxil olacaq, səhmlərin 20%-ni və günəş enerjisi sektorundakı aktiv portfelinin 50%-ni alacaqlar.

“Adani Green Energy” şirkəti Hindistanın ən böyük holdinqlərindən biri olan “Adani Group”un bir hissəsidir. Şirkət Hindistanın cənubundakı Kamuti şəhərində dünyanın ən böyük günəş elektrik stansiyası da daxil olmaqla, ölkə ərazisində 54 günəş və külək enerjisi layihəsini həyata keçirir.

Son xəbərlər
Digər xəbərlər