19 C
Baku
Şənbə, Oktyabr 23, 2021

Neft ölkəsində dollar yenidən bahalaşmağa başladı

Venesuelada ABŞ dollarının qiyməti “qara bazar”da 8% artaraq 11 min bolivarı ötüb.

Rusiya mətbuatına istinadən, iyulun 28-də 1 dollar 10 400 bolivara bərabər olsa da, bazar günü keçirilmiş seçkilərdən sonra qiymət bir qədər də artıb.

Buna səbəb isə seçkilər zamanı iqtidarla müxalifət arasında fikir ayrılığının yaranmasıdır. Belə ki, Prezident Nikolas Maduronun təşəbbüsü ilə keçirilən parlament seçkilərinin nəticələrini müxalifət qəbul etməyib və hakimiyyətdən referendumun keçirilməsi tələb olunub. Yaranan qarşıdurmalar insan tələfatı ilə nəticələnib və bundan sonra ABŞ hökuməti Venesuelanı ona qarşı sanksiyalar tətbiq edə biləcəyi ilə hədələyib. Bütün bunlar da ölkənin milli valyutasını bir qədər də dəyərdən salıb.

Qeyd edək ki, Venesuelada dolların rəsmi məzənnəsi 9,985 bolivardır. Başqa sözlə, Amerika valyutasının satış qiyməti rəsmi məzənnədən 1 100 dəfə çoxdur.

Mənbə:Report
Son xəbərlər
Oxşar xəbərlər