Neft ölkəsində illik inflyasiya 24 600%-ə çatıb

Bu ilin may ayında Venesuelada inflyasiyanın illik səviyyəsi 24 600% təşkil edib.

Xarici mətbuata istinadən xəbərə görə, bu barədə ölkənin Milli Assambleyası məlumat yayıb.

Məlumata əsasən, təkcə mayda Venesuelada qiymətlər 110%, yəni 2 dəfədən çox artıb. Ölkənin milli valyutası bolivar son 1 ildə ABŞ dolları qarşısında dəyərini 98% itirib.