10 C
Baku
Friday, December 13, 2024

Neft — OPEC açıqlamasından sonra ucuzlaşır

Neft İxrac Edən Ölkələr Təşkilatı (OPEC) 2021-ci ildə dünyada neftə olan gündəlik tələbatla bağlı proqnozunu 100 min barel azaldaraq 5.8 milyon barel müəyyən etdi.

Banker.az bildirir ki, bu xəbərin ardından dolların əsas rəqib valyutalar qarşısında ucuzlaşdığı bir zamanda, qeyri-ənənəvi olaraq – neft də ucuzlaşmağa başladı.

Londonun qitələrarası fond birjasında (ICE) Brent markalı xam nefti aprel fyuçersləri üzrə 42 sent, yaxud 0.69% qiymət itkisi ilə 60.72 dollar/barrel səviyyəsinə düşdü.

Nyu-Yorkun əmtəə birjasında (NYMEX) WTI markalı xam neft isə 45 sent, yaxud 0.77% ucuzlaşma ilə 57.79 dollar/barrelə düşdü.

Neftin qiyməti cari ilin əvvəlindən fevralın 11-nə qədər 10 dollar, yəni, 20% qiymət qazanıb. Bu müddət ərzində treyderləri bu bazarla bağlı pozitiv baxış vəd etməsinə səbəb gələcəkdə bu bazarda neftə olan tələbin yüksələcəyi proqnozu və hətta defisit yaranma qorxusu idi. Eləcə də Səudiyyə Ərəbistanı və OPEC+ alyansının neftin hasilatının azaldılması proqnozu bu qiymətlərin artımında əsas faktor olaraq qalmaqdadır.

OPEC-in hesabatında 2021-ci ildə dünya bazarında neftə gündəlik tələbat 96.05 milyon barel həcmində olacağı gözləntisi investorları öncəki həftədə düşündükləri qədər pozitiv baxışdan çəkindirməyə səbəb oldu.

Təşkilatın proqnozunun yenilənməsi daha çox nəqliyyat sektorunun əvvəllər güman edildiyinə nisbətən daha ləng dirçəlməsi və koronavirusa qarşı peyvəndləmə işlərinin ləng getməsidir.

O cümlədən, OPEC-ə üzv ölkələr cari ilin yanvar ayında gündəlik hasilatı 181 min barel artıraraq 25.5 milyon barelə çatdırıb.

 

Son xəbərlər
Digər xəbərlər