14 C
Baku
Monday, November 3, 2025

Neft OPEC+ qərarl və Rusiyaya sanskiyalar fonunda bahalaşmanı davam etdirir

Asiya ticarətində bazar ertəsi neft qiymətləri yüksəlib. Buna OPEC+ ölkələrinin 2026-cı ilin ilk rübündə hasilat artımlarını dayandırmaq qərarı və artan təklif bolluluğu ilə bağlı narahatlıqlar səbəb olub.

Banker.az xəbər verir ki, yanvar fyuçersləri üzrə “Brent” markalı neft 0,6% artaraq barelə görə 65,18 dollar, WTI isə 0,7% artaraq 61,01 dollar olub.

OPEC+ dekabrda hasilatı gündə 137 min barel artıracaq, lakin 2026-cı ilin yanvar–mart dövründə planlaşdırılan artımları donduracaq. Qrup bu qərarı təklif bolluğu və zəif tələbatla əsaslandırıb. OPEC-in builki hasilat artımları son iki ilin ixtisarlarının bərpası məqsədini daşıyırdı və kartel bazar payını qorumağa çalışır.

Digər tərəfdən, Ukraynanın bazar günü Rusiyanın Qara dənizdəki əsas neft limanlarından birinə hücumu da qiymətlərə dəstək olub. Bu, Kiyevin Rusiyanın enerji infrastrukturuna zərbələr endirmə strategiyasının davamıdır və Moskvanın müharibə resurslarını zəiflətməyi hədəfləyir.

Hadisə Rusiyanın Ukraynanın Zaporojye vilayətinə hücumundan sonra baş verib və ölkənin bir hissəsində enerji təchizatını pozub.

Bundan əlavə, ABŞ oktyabrda Rusiyanın ən iri neft şirkətlərinə qarşı sərt sanksiyalar tətbiq edib. Bu, bazarda təklifin daralacağına dair gözləntiləri artırsa da, treyderlər Rusiyanın yeni sanksiyalardan yayınma ehtimalına görə ehtiyatlı davranırlar.

Bu arada Reuters yazır ki, Türkiyə Rusiyaya qarşı ABŞ sanksiyalarına görə nefti digər ölkələrdən almağa başlayıb.

Son xəbərlər
Digər xəbərlər