8 C
Baku
Friday, December 13, 2024

Neft ötən ay bahalaşsa da, Azərbaycanın ondan valyuta daxilolmaları azalıb

Azərbaycan 2020-ci ilin dekabrı valyuta daxilolmasının həcminə görə maydan sonra ikinci “ölü” ay olub. Dekabr ayı ərzində Azərbaycan xaricə $680.22 milyonluq məhsul satıb.

Respublikanın xaricdən mal-məhsul alışının həcmi $1 061.41 milyon olmuşdur. Bu isə dekabrda ölkənin ticarət dövriyyəsinin saldosunun mənfi $381.19 milyona düşməsinə gətirib çıxarıb.

Azərbaycan 2020-ci ildə xam neft və məhsullarından $9 363.57 milyard valyuta daxil olub. Bunun isə $426.31 milyonu (noyabrda: $459.82 mln.) cari ilin dekabrına düşür.Untitled 1

Dekabr ayı üzrə öncəki aylardan az valyuta daxil olmasının səbəbi də neftin ixrac həcminin azalması ilə bağlıdır. Belə ki, 2020-ci ilin noyabrda Azərbaycan xaricə 1 milyon 602 min ton xam neft satmışdısa, bu dekabrda 1 milyon 411.18 min ton təşkil edib. Lakin, dekabr ayında fyuçerslər üzrə satılan neftin qiyməti noyabrdakından ortalama 9-10 dollar hər barrelində baha ticarət edilirdi.

Cəmi olaraq isə Azərbaycana 2020-ci il üzrə $13 740.57 milyard daxil olub. Bu 2019-cu ildəkindən 30% aşağı olsa da, ilin əvvəlində ölkəyə neftdən gələn gəlirlər hesabına illik ticarət saldosu $3 mlrd. üzərində olub.

Son xəbərlər
Digər xəbərlər