15 C
Baku
Wednesday, April 24, 2024

Neft ötən ilin fevralından bu tərəfə ilk dəfə $55-i keçdi: bahalaşma davam edir

Qlobal enerji bazarında Brent markalı xam neftin bir barrelinin qiyməti ötən ilin fevral ayından bu vaxtadək ilk dəfə 55 dolları keçib.

Fyuçerslərdəki qiymətlər Səudiyyə Ərəbistanının neft hasilatını öz “jesti”ilə könüllü azaltması ilə tədarük bolluğunun zəifləyəcəyinə dair nikbin gözləntilər və dolların indeksinin düşməsi ilə həftəni artımla tamamlancağı gözlənilir

Hazırda (GMT+4* 17.30) Brent markalı xam neftin bir barreli Londonun qitələrarası fond birjasında 1 dollar (1.82%) bahalaşaraq 55.40 dollara, WTI marxkalı xam neftin bir barreli isə Nyu-Yorkun NYMEX birjasında 51.68 dollara satılır.

Treyderlərin əhval-ruhiyyəsini Səudiyyə Ərəbistanı tərəfindən fevral-mart aylarında hasilatda könüllü olaraq əlavə ixtisar xəbəri, habelə ABŞ Energetika Nazirliyinin ölkədəki neft ehtiyatlarında 8 milyon barel azalma olması barədə məlumatlar yüksək tutur. Ticarətçilərin nikbinliyi həmçinin Corciya ştatındakı seçkilərdə Demokratlar Partiyasının qələbə qazanacağı, başqa sözlə, ABŞ Senatında çoxluq qazana biləcəyi gözləntiləri ilə əlaqələndirilir.

Nüfuzlu ABŞ KİV mənsublarının proqnozlarına görə, demokrat namizədlər Corciya Ştatında hər iki senator mandatına yiyələnə biləcəklər. “S&P Global Platts” qeyd edir ki, bu, ABŞ iqtisadiyyatının bərpasını və enerjiyə olan tələbini sürətləndirə biləcək yeni iqtisadi stimulun qəbul edilməsinə dair ümidləri dəstəkləyir.

OPEC+ ölkələri nazirlərinin yanvarın 6-da keçiriən 13-cü iclasında gündəlik xam neft hasilatı üzrə mövcud kvotaların fevral-mart aylarında da davam etdirilməsi barədə qərar qəbul edilib. Yeni razılaşmaya əsasən, alyans gündəlik xam neft hasilatı üzrə ixtisarları fevralda 7 milyon 125 min barrel, martda isə 7 milyon 50 min barrel təşkil edəcək.

Azərbaycanın isə bu ilin yanvar ayındakı 123 min barrel həcmində öhdəliyi fevral-mart aylarında sabit şəkildə qalacaq. “Əməkdaşlıq Bəyannaməsi”nə əsasən, növbəti iki ayda Azərbaycan gündəlik xam neft hasilatını 8 min barrel artıraraq istehsalı 595 min barrel səviyyəsində saxlayacaq.

Səudiyyə Ərəbistanı “OPEC+” ölkələrinin iqtisadiyyatlarına dəstək vermək üçün fevral-mart aylarında neft hasilatını könüllü olaraq 1 milyon barrel azaldacağını qeyd edib.

*Bakı vaxtı ilə 17:30

Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər