Okeanın o biri tayındakı aprel fyuçerslərində neftin qiyməti ötən gün ucuzlaşaraq 60 dollardan aşağı düşdükdən sonra, yenidən artıma start verib.
Banker.az birjalardakı son göstəricilərinə əsasən WTI nefti 0.20 dollar artımla (0.33%) 59.95 dollar/barrel səviyyəsində olub.
Brent markalı xam neftin 0.28 dollar artımla (0.45%) 62.98 dollar/barrel olub.
Qeyd edək ki, ötən gün neftin qiyməti OPEC+ alyansının hasilatın artımı ilə bağlı istəklərinin yaranması xəbərinin ardından ucuzlaşmağa başlamışdı.