16 C
Baku
Sunday, May 26, 2024

“Neft-qaz istehsalçıları bu il 2 trln. dollarlıq misli görünməmiş mənfəət əldə edəcəklər”

Enerji resurslarının qiymətlərinin artması 2022-ci ildə neft və təbii qaz istehsalçılarına 2 trilyon ABŞ dollarlıq misli görünməmiş mənfəət gətirəcək və bununla onların ümumi gəlirləri rekord həddə – 4 trilyon ABŞ dollarına çatacaq.

Bu barədə Beynəlxalq Enerji Agentliyinin (IEA) icraçı direktoru Fatih Birolun məqaləsində deyilir.

“Mövcud vəziyyət neft-qaz sektoruna təmiz enerjiyə keçidə ciddi münasibət göstərmək üçün həlledici imkan yaradır. Lakin neft və təbii qaz sənayesi enerji transformasiyasına hələ də cüzi vəsait xərcləyir. Belə ki, təmiz enerji xərcləri neft və təbii qaz şirkətlərinin ümumi kapital xərclərinin orta hesabla, təxminən, cəmi 5 %-ni təşkil edir. Bu, 2019-cu illə müqayisədə % çoxdur, lakin hələ də çox azdır”, – o qeyd edib.

F.Birol bildirib ki, enerji təhlükəsizliyi təkcə elektrik enerjisi və yanacağın təchizatının artırılmasından ibarət deyil: “Söhbət həm də enerji resurslarından səmərəli şəkildə istifadə edilməsindən gedir. Bu zaman, xüsusən bu məsələdə yardım edə biləcək çox sayda müasir texnologiyanı nəzərə almaq lazımdır”.

O xatırladıb ki, IEA Avropa İttifaqının Rusiya təbii qazından asılılığını azaltmaq üçün Rusiyanın Ukraynaya müdaxiləsindən bir həftə sonra, yəni bu ilin martında 10 bəndlik plan hazırlayıb: “Buraya Rusiya təbii qazını əvəz etmək üçün addımlar daxildir. Bu planla təbii qaza tələbatın azaldılması üçün bina fondunun ciddi şəkildə yenilənməsi tələb olunur. Daha yaxşı materiallar və izolyasiya, yeni texnologiyalar və daha səmərəli cihazlar evlərimizi və iş yerlərimizi isitmək, soyutmaq və işıqlandırmaq üçün lazım olan enerjini kəskin şəkildə azaldır. “Ağıllı” elektrik şəbəkələr elektrik enerjisinə tələbatı daha yaxşı idarə edəcək və azaldacaq”.

Onun sözlərinə görə, hazırkı qlobal enerji böhranı xüsusilə qarşıdan gələn qışda böyük problemlər yaradacaq: “Lakin qışdan sonra yaz gəlir və düzgün investisiya qərarları bu böhranı daha təmiz və təhlükəsiz enerji gələcəyinə aparan yolda tarixi dönüş nöqtəsinə çevirə bilər. Biz artıq bu istiqamətdə ümidverici addımlar görürük. ABŞ-da İnflyasiyanın Azaldılması qanununu, Avropa İttifaqının “REPowerEU” təşəbbüsünü, Yaponiyanın “Yaşıl Transformasiya” planını, Çin, Hindistan və başqa ölkələrdə bərpa olunan enerjidən istifadənin artmasını misal göstərmək olar. Yeni qlobal enerji iqtisadiyyatı yaranır. Odur ki, erkən və ehtiyatlı şəkildə sərmayə qoyan hökumətlər və müəssisələr bundan bəhrələnə bilərlər”.

MənbəReport
Son xəbərlər
 ⁠
Digər xəbərlər