Azərbaycanda 2026-cı ilin ilk yarısında boru kəməri nəqliyyatı ilə yük daşınmasından əldə olunan ümumi gəlir 1,9 milyard manat təşkil edib.
Banker.az xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 0,6% artım deməkdir.
Gəlirin əsas hissəsi qaz kəmərlərinin payına düşüb. Qaz nəqlindən əldə olunan gəlir 1,40 milyard manat olub və illik 3,2% artıb. Bu dövrdə qaz kəmərləri ilə 20,79 milyard kubmetr qaz nəql edilib ki, bu da əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 2,6% çoxdur.
Neft kəmərləri ilə yük daşınmasından əldə olunan gəlir isə 492,97 milyon manat təşkil edib və illik 5,8% azalıb. Neft kəmərləri ilə 16,52 milyon ton yük daşınıb, bu da illik müqayisədə 10,8% azdır. Yük dövriyyəsi də 22,81 milyard ton-km olmaqla 9% azalıb.
Neft kəmərləri üzrə daşınan yükün əsas hissəsi Bakı–Tbilisi–Ceyhan kəmərinin payına düşüb. Bu kəmərlə 12,7 milyon ton neft nəql edilib ki, bu da illik 8,8% azdır. Kəmərin yük dövriyyəsi isə 22,48 milyard ton-km təşkil edib.







