20 C
Baku
Saturday, October 12, 2024

Bu il neft-qaz sənayesində birləşmə və satınalmaların həcmi $150 mlrd. təşkil edəcək

“Rystad Energy” analitiklərinin proqnozlarına görə, birinci rübdə qlobal neft və qaz sənayesində birləşmə və satınalmaların (M&A) həcmi son beş ilin ən yüksək səviyyəsində olub. Mütəxəssislərə görə, ilin sonuna qədər daha 150 milyard dollarlıq müqavilə bağlana bilər.

İlin əvvəlindən əməliyyatların ümumi dəyəri artıq 64 milyard dolları ötüb ki, bu da ötən ilin birinci rübü ilə müqayisədə 2.5 dəfə çoxdur. Şimali Amerikada M&A həcmi 54 milyard dollar və ya qlobal ümumi həcmin təxminən 83%-ni təşkil edib. Ekspertlər bu regionun birləşmə və satınalmalarda lider olaraq qalacağını gözləyirlər.

Digər regionlarda da M&A aktivliyi kifayət qədər yüksək olub – həcmi 5% artaraq 10.5 milyard dollar təşkil edib. Dünyanın ən böyük neft-qaz şirkətləri olan “BP Plc”, “Chevron”, “Shell” və “TotalEnergies” üstünlük təşkil edib. “Rystad”ın hesabatına görə, eyni zamanda, ən çox tələbat qaz hasilatı aktivlərinə olub (bütün əməliyyatların təxminən 66%-i).

Son xəbərlər
Digər xəbərlər