Neft-qaz sektoruna 4 milyard manatadək vəsait yönəldilib

0
Neft buruqları

Yanvar-sentyabr aylarında ölkənin neft-qaz sektoruna 3 milyard 799,4 milyon manat vəsait yönəldilib.

9 ayda neft-qaz sektorunda 22 milyard 959,7 milyon manatlıq məhsul istehsal olunub. Sənayenin neft-qaz sektorunda məhsul istehsalı əvvəlki ilin eyni ayları səviyyəsində olub. Neft-qaz sektorunda istehsal olunmuş əlavə dəyər isə 1,1 faiz çoxalıb. Sənaye məhsulunun 69,9 faizi mədənçıxarma sektorunda istehsal olunub.


Kredit müraciəti

Sizin müraciətiniz banka göndərildi.

Sentyabrda sənaye məhsullarının istehsalçı qiymətləri əvvəlki ayla müqayisədə 4,3 faiz, o cümlədən mədənçıxarma sənayesi üzrə 5,5 faiz bahalaşıb.

Ötən ayın əvvəlinə iqtisadiyyatın neft sektorunda 34,7 min nəfər çalışıb. Yanvar-avqust aylarında neft sektorunda nominal əməkhaqqı isə 3 min 73,7 manat təşkil edib.

©Azərtac