Dünyada neft və qaz hasilatının emissiya intensivliyini yarıya endirmək üçün 600 mlrd. dollar investisiya tələb olunacaq.
Bu barədə Beynəlxalq Enerji Agentliyinin (IEA) məlumatında bildirilir.
“2030-cu il üçün qlobal miqyasda neft və qaz hasilatının emissiya intensivliyini iki dəfə azaltmaq üçün 600 mlrd. dollarlıq ilkin investisiya tələb olunacaq. Bu, 2022-ci ildə neft və qaz istehsalçılarının əldə etdiyi rekord gəlirin yalnız bir hissəsidir”, – hesabatda qeyd olunur.
IEA qeyd edir ki, neft və qaz şirkətlərinin fəaliyyəti 2022-ci ildə 5.1 mlrd. ton karbon qazı ekvivalenti (CO2) emissiyasına səbəb olub. Energetika ilə bağlı qlobal emissiyalar isə ötən il 40 giqaton təşkil edib. Beləliklə, neft və qaz sənayesi enerji sektorunda CO2 emissiyalarının təxminən 15%-nə görə cavabdehdir.