“Resource Engineering Limited” şirkətinin Azərbaycan Respublikasındakı filialı ləğv olunduğu elan edib.
Banker.az xəbər verir ki, kreditorlar iki ay müddətində öz tələblərini AZ1009, Bakı şəhəri, Yasamal rayonu, Bəşir Səfəroğlu küçəsi, ev 133, mənzil 13 ünvanına təqdim edə bilərlər.
Şirkət rəsmi olaraq İngiltərədə (Böyük Britaniya) qeydiyyatdan keçib. Azərbaycan Respublikasındakı filialı əsasən neft-qaz sənayesi və mühəndislik sahəsində ixtisaslaşmış bir xidmət tədarükçüsüdür.






