Azərbaycanda xam neft və təbii qaz hasilatı, eləcə də bu sahəyə xidmət göstərən müəssisələrdə orta aylıq nominal əməkhaqqı 2025-ci ildə 4 060,7 manata çatıb.
Banker.az-ın məlumatına görə, bir il əvvəl həmin sahədə orta aylıq əməkhaqqı 3 874,8 manat idi. Beləliklə, maaşlar orta hesabla 185,9 manat və ya 4,8% artıb.
Ümumilikdə energetika sektorunda orta aylıq əməkhaqqı 2 595,9 manat olub. 2024-cü ildə bu göstərici 2 450,3 manat təşkil etmişdi.
Neft məhsullarının istehsalı ilə məşğul olan müəssisələrdə orta maaş 2 822,4 manat olub.
Elektrik və istilik enerjisinin, eləcə də qazın istehsalı və bölüşdürülməsi sahəsində orta aylıq əməkhaqqı isə 1 133 manat təşkil edib.
2025-ci ilin sonunda bütün energetika sektorunda 60,7 min nəfər muzdla çalışıb. 2024-cü ildə işçilərin sayı 62 min nəfər idi.







