Nazirlər Kabinetinin 2017-ci il 6 fevral tarixli 31 nömrəli Qərarı ilə təsdiq edilmiş “Təhlükə potensiallı təbiət və texnogen xarakterli hadisələrin baş vermə ehtimalının yüksək olduğu zonalarda mühafizə tədbirlərinin növləri və onların tətbiqi halları”nda dəyişiklik edilib.
Banker.az xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov qərar imzalayıb.
Qərarla əhalinin sağlamlığını, ətraf mühiti və əmlakı dənizdə və quruda neft-qaz əməliyyatları zamanı yarana biləcək qəzalardan mühafizə etmək üçün bu obyektlər ətrafında xüsusi mühafizə zonaları müəyyən edilib. Neftqazçıxarma sənayesi obyektlərindən yaşayış binalarına, fərdi yaşayış evlərinə, yataqxanalara, ictimai və inzibati binalara, müvəqqəti salınmış qəsəbələrə, sənaye və kənd təsərrüfatı müəssisələrinə, elektrikötürücü xətlərinə və elektrik yarımstansiyalarına qədər minimum məsafələr (metrlə) aşağıdakı cədvəldə verilib:
№ | Neftqazçıxarma sənayesi obyektləri | Yaşayış binaları, fərdi yaşayış evləri, yataqxanalar, inzibati binalar və müvəqqəti salınmış qəsəbələr | İctimai binalar (mədəniyyət və təhsil müəssisələrinin binaları, uşaq bağçası-körpələr evi, tibb müəssisələrinin binaları, iri ticarət mərkəzləri, əyləncə kompleksləri və s.) | Sənaye və kənd təsərrüfatı müəssisələrinin binaları | Elektrikötürücü xətləri (hava xətləri – 6 kV və yuxarı) | Elektrik yarımstansiyaları (35/6 kV və yuxarı) |
1 | Fontan, qazlift və dalma nasosları ilə təchiz olunmuş | 300 | 500 | 100 | 60 | 100 |
2 | Mancanaq dəzgahı ilə istismar olunan və basqı quyuları | 150 | 250 | 50 | 30 | 50 |
3 | Ləğv olunmuş quyular | 75 | 125 | 25 | 15 | 25 |
4 | Neftin çıxarılması üçün A və B kateqoriyalı bina və qurğular (ölçmə qurğusu, separator qurğusu, nasos stansiyası, kompressor stansiyası, neftin hazırlanma qurğusu, atqı qurğusu, mərkəzi yığım məntəqəsi və s.) | 300 | 500 | 100 | elektrik qurğularının quraşdırılması qaydalarının tələblərinə uyğun | 80 |
5 | Qazın yandırılması üçün məşəl | 300 | 500 | 100 | 60 | 100 |
6 | Qazatqı şamı | 300 | 500 | 100 | 30 | 30 |