17 C
Baku
Cümə, Oktyabr 22, 2021

Neft qiyməti yenidən düşür – İnvestorlar virusdan narahatdır

COVID-19 pandemiyasının Çində yeni yoluxma sayı və ABŞ dollarının indeksi son saatlarda önəmli yaşıl zonada geridönüşü bir sıra məhsulların (qızıl istisna) qiymətinə öz təsirini göstərməkdədir. Həmçinin bura xam neft məhsulunun mart fyuçersləri daxil.

Banker.az xəbər verir ki, Brent markalı xam neftin bir barreli (Bakı vaxtı: 08:20) 24 sent, yəni, 0.43% ucuzlaşmaqla London qitələrarası fond birjasında 55.64 dollara ticarət olunmaqdadır.

Qərbi Texas nefti (WTI) Nyu-York əmtəə birjasında 20 sent, yəni, 0.38% ucuzlaşmaqla 52.57 dollara ticarət olunub.

ABŞ dolları 6 valyuta səbətinə qarşı son saatlarda inamlı irəliləyiş görünüşü yaradıb. USDX indeksi son saatlarda 0.067 bənd artımla  (+0.07%) 90.440 bənd təşkil edib.

Əlavə edək ki, ötən gün İraqda neft hasilatının azalması xəbəri ardından ötən gün Bakı vaxtı ilə axşam radələrində neft bahalaşmağa doğru irəliləyirdi.

Koronavirus pandemiyası ilə əlaqədar məhdudiyyətlərin sərtləşdirilməsi qorxusu ümumiyyətlə neftə tələbatla bağlı gözləntilərə bilavasitə təsir edir. Bazarlar dünyanın ən böyük neft idxalçısı olan Çində yoluxma sayı üzrə statistikadan narahatdır. Son günlərdə yoluxma saylarında artım müşahidə edilməkdədir. İnvestorlar Çində ay təqvimi üzrə Yeni ilin qeyd edilməsinin yenidən yoluxmaların sayının artmasına səbəb ola biləcəyindən ehtiyat edirlər.

Son xəbərlər
Oxşar xəbərlər