Neft qiymətinin enməsi ilə əmlak bazarında qiymətlərin dəyişməsi arasında əlaqə [Qrafik]

0

Value&Sources şirkətinin rəhbəri, ekspert Rəşad Əliyev neftin qiyməti ilə əmlak qiymətləri arasında korrenlyasiyanın qısa təhlilini aparmışdır.

Onun fikrincə ” 2014-cü ilin yayından neftin qiyməti enməyə başladı. Həmin vaxt artıq aydın olmağa başladı ki, qiymətlər əhəmiyyətli dərəcədə enəcək. 2014-cü ilin payızından isə daşınmaz əmlak bazarında qiymətlərin enməsi tendensiyası yarandı.


Kredit müraciəti

Sizin müraciətiniz banka göndərildi.

Səbəb isə çox sadədir: Neftin qiymətinin düşməsinin makroiqtisadi şəraitə təsiri qaçılmazdır. Həmin vaxt iqtisadiyyatda neftin qiymətinin düşməsi hələ hiss olunmasada daşınmaz əmlak bazarında artıq qiymətlər tədricən aşağı enməyə bağladı, bu isə böyük enmə gözləntiləri ilə bağlı idi. Müəyyən müddət sonra isə neftin qiymətlərinin düşməsi makroiqtisadi şəraitə açıq aydın hiss olunandan sonra əmlak bazarındakı qiymət enməsi artıq şəraitə uyğun baş verirdi.IMG_0255

Devalvasiyalar dollar ifadəsində qiymət enməsini sürətlindirirdi. Ancaq istənilən halda əmlak bazarında bu həcmdə qiymət enmələri onsuzda baş verməli idi. Qrafikdə BRENT markalı neftin qiymətinin düşməsi ilə yanaşı daşınmaz əmlak bazarında dollarla ifadə olunmuş qiymətlərin enmə indeksi (modelləşdirilib) əks olunub. Qarşılıqla əlaqəni görə bilərsiniz.”