19 C
Baku
Şənbə, Sentyabr 25, 2021

Neft qiymətləri $59-a çatıb — OPEC+ hasilatla bağlı israrlıdır

Screen Shot 2021 09 02 at 14.34.20

Çin və ABŞ-da neft ehtiyatlarının azalmasına rəğmən OPEC+ alyansı neftin hasilatı ilə bağlı bir qədər də gözləmə mövqeyi tutması və neft bazarında defisit riski qiymətləri bahalaşdırıb. Mart fyuçerslərində neftin qiyməti 59 dollara çatıb.

Banker.az xəbər verir ki, Bakı vaxtı ilə 08:40 radələrinə Londonun qitələrarası fond birjasında (ICE) Brent markalı xam neftin qiyməti 31 sent artımla (0.53%) 58.77 dollar/barrel, Nyu-Yorkun əmtəə birjasında (NYMEX) Qərbi Texas nefti WTI 38 sent artmaqla (0.68%) 56.07 dollar/barrel olub.

OPEC+ nazirlərinin monitorinq komitəsinin bu həftənin çərşənbə günü keçirilən və bir saatdan artıq davam edən iclası zamanı mart ayından sonrakı dövrdə neft hasilatına dair hər hansı qərar qəbul edilmədi.

İclasda neft bazarındakı cari vəziyyətlə bağlı katibliyin hesabatı dinlənilib və artıq hasilata yol verən bəzi ölkələr bunun əvəzini çıxmağa çağırılıb.

Bu ilin yanvar ayında OPEC+ formatı çərçivəsindəki görüş zamanı fevral ayında gündəlik hasilat həcmini (2018-ci ilin oktyabr səviyyəsinə nisbətən, Səudiyyə Ərəbistanı və Rusiya üçün isə 11 milyon barel səviyyəsinə nisbətən) 7 milyon 125 min barel, mart ayında isə 7 milyon 050 min barel ixtisar etmək barədə razılıq əldə edilib.

Bununla yanaşı, Səudiyyə Ərəbistanı və bir neçə başqa ölkə əlavə olaraq hasilatı 1 425 min barel də ixtisar edəcəklərini bildiriblər.

 

Screen Shot 2021 09 23 at 11.36.43
109,597AzarkeşlərKimi
Son xəbərlər
360 380
Oxşar xəbərlər