32 C
Baku
Thursday, June 20, 2024

Neft qiymətləri sürətlə qalxır- Çin və ABŞ-dan hansı xəbərlər gəlir?

Həftənin üçüncü iş günü neft qiymətləri, sənaye məlumatlarının ABŞ xam neft ehtiyatlarında gözlənilməz azalması xəbərindən sonra erkən ticarətdə bahalaşmağa başlayıb.

Banker.az xəbər verir ki, bu, qlobal artımı zəiflədən kəskin faiz artımlarına baxmayaraq tələbin dayandığını göstərir.

Brent markalı xam neftin bir barreli London ICE birjasında gələn ilin yanvar fyuçersi üçün 1.04 dollar, yaxud 1.10% bahalaşmaqla 95.69 dollar təşkil edib.

WTI markalı xam neftin bir barreli dekabr fyuçersində 1.23 dollar, yaxud 1.39% bahalaşmaqla 89.60 dollar təşkil edib.

Hər iki bençmark müqaviləsi əvvəlki sessiyada zəifləyən ABŞ dolları səbəbindən təxminən 2% artmışdı və sosial mediada yayılan təsdiqlənməmiş informasiyada sonra Çin hökumətinin 2023-cü ilin mart ayından etibarən COVID qaydalarını yüngülləşdirməyin yollarını nəzərdən keçirəcəyini söylənilib ki, bu da neftə olan tələb üçün pozitiv göstəricidir.

Bazar mənbələrinə görə, tələb üçün daha bir müsbət əlamət Amerika Neft İnstitutunun çərşənbə axşamı günü məlumatları xam neft ehtiyatlarının oktyabrın 28-də bitən həftədə təxminən 6.5 milyon barel azalıb.

Reuters agentliyinin sorğuladığı səkkiz analitik xam neft ehtiyatlarının orta hesabla 400 min barel artacağını gözləyirmiş.

Eyni zamanda, benzin ehtiyatları analitiklərin 1.4 milyon barel azalma proqnozları olduğu halda 2.6 milyon barel azalaraq, gözləniləndən çox eniş edib.

Çinin sıfır-COVID siyasəti neft qiymətlərinin yüksəkliyə doğru artmasını əngəlləyən əsas amil olub, çünki təkrarlanan qadağalar dünyanın ikinci ən böyük iqtisadiyyatında artımı yavaşlatmaqla neft tələbini azaldır.

Analitiklərə görə, Çinin COVID-19 siyasətində potensial dəyişikliklər neftə tələbat üçün əhəmiyyətli təsir göstərə bilər.

Son xəbərlər
 ⁠
Digər xəbərlər