15 C
Baku
Şənbə, May 28, 2022

Neft qiymətlərində geridönüş: bahalaşır

Rusiya-Ukrayna müharibəsindəki sülhə doğru addımlarda treyderlər üçün əminliyin az olması birjalarda enerji daşıyıcılarını yenidən bahalaşdırır. Həftənin çərşənbə günü neft qiymətləri $1 bahalaşdırıb.

Brentin neftinin qiyməti ICE birjasında may fyuçersi üzrə 1 dollardan çox bahalaşmaqla 101.69 $/barrelə ticarət olunub.

ABŞ-ın WTI xam nefti 45 sent və ya 0.5% artaraq 96.89 $/barelə çatıb.

Hər iki fyuçers öncəki gün (sessiyada) bir barel üçün $1-dən çox azalmışdı, Brent 98.86 dollara, WTI isə 94.90 dollara kimi ucuzlaşmışdı.

Bir neçə faktor fundamental faktor ötən gün nefti ucuzlaşdırdı. İlk ucuzlaşdırma faktoru Rusiya-Ukrayna müharibəsindən sülhlə bağlı ümidverici xəbərlərdir. Ötən gün üç NATO ölkəsinin baş naziri Ukraynaya “cəsarətli” addım ataraq səfər edib ki, Zelenski ilə danışıqları davam etdirsin.

Digər faktor dünyanın ən böyük neft istehlakçısı Çində qapanmalara getməsi, Səudiyyə Ərəbistanı ilə Britaniya liderinin neftin hasilatı artırılması ilə bağlı danışıqların aparması, ölkələrin strateji neft ehtiyatlarından istifadə və nəhayət, ABŞ FED-nin faiz artımına getməsi xəbəri ilə bağlıdır.

ABŞ-ın FED-i bu gedişlə inflyasiyanı cilovlamaq üçün 2018-ci ilin dekabrından bu tərəfə ilk dəfə faiz artımına gedir. Bu da ABŞ dollarının bahalaşmasına səbəb ola bilər.

Son xəbərlər
Oxşar xəbərlər