28 C
Baku
Saturday, July 27, 2024

Neft qiymətlərinin $100-a yüksələcəyi vaxt açıqlanıb

Analitiklər neft qiymətlərinin yaxın aylarda artmağa davam edəcəyini hesab edirlər. “Bank of America”nın mütəxəssisləri 2022-ci ildə neftin 100 dollar səviyyəsini aşacağını proqnozlaşdırırlar.

Banker.az bu barədə xarici KİV-ə istinadən xəbər verir.

Qeyd edək ki, 2021-ci ilin birinci yarısında neft onsuz da 45% bahalaşıb, hal-hazırda onun qiyməti 80 dollara yaxınlaşır.

Mütəxəssisləri qiymət artımını vaksinasiya proqramları, koronavirusla əlaqəli məhdudiyyətlərin tədricən azalması və 2020-ci ildə OPEC+ tərəfindən razılaşdırılmış istehsal azalmaları daxil olmaqla bir sıra amillərlə əlaqələndirirlər.

“Goldman Sachs” “Brent” markalı neftin qiymətinin bu ilin üçüncü rübündə 80 dollara çatacağına inanır. “JPMorgan” da bu göstərici rəhbər tutur, lakin onun daha gec – 2021-ci ilin dördüncü rübündə real olacağını düşünür.

Bu, neft ixrac edən ölkələrin, o cümlədən ABŞ Enerji Nazirliyinin aparıcı mütəxəssisləri vurğuladığı kimi, 2021-ci ilin ikinci yarısında tələbin indikindən daha sürətli bərpa olacağı deməkdir.

Qiymət artımı üçün maneələrdən biri koronavirusun yeni ştammlarının yayılması ola bilər. Belə ki, bu yenidən tələbi aşağı salacaq. Məsələn, məhdudiyyətlərin yenidən tətbiq edilməsi Çində istehsal artımının ləngiməsinə səbəb olub.

Xatırladaq ki, 1 iyulda Rusiya və Səudiyyə Ərəbistanı arasında tədricən neft istehsalının artırılması barədə razılığa gəlinib, detallar hələki müəyyən edilməyib. Bir qədər sonra OPEC+ ölkələrinin avqust üçün planlaşdırılan istehsal həcmi barədə konsensusa gələ bilmədikləri məlum olub.

Son xəbərlər
Digər xəbərlər