17.4 C
Baku
Monday, May 12, 2025

Neft qiymətləri ABŞ-Çin razılaşması fonunda artıb

Bazar ertəsi Asiya ticarət sessiyasında neft qiymətləri bir qədər artıb.

Banker.az xəbər verir ki, bu, ABŞ və Çin arasında ticarət razılaşmasının əldə olunması ilə bağlı xəbərlərlə əlaqədardır.

Brent markalı neftin iyun fyuçersləri 0.2% artaraq bir barel üçün 64.09 dollar, WTI markalı neft isə 0.3% bahalaşaraq 60.88 dollars olub.

Ötən həftə hər iki növ neftin qiymətində 4%-dən çox artım müşahidə edilib. Artım Tramp administrasiyasının tarif siyasətində yumşalma ola biləcəyi ümidləri ilə bağlıdır.

ABŞ və Çin Cenevrədə keçirilən iki günlük danışıqlardan sonra iqtisadi dialoqu gücləndirməklə bağlı razılığa gəliblər. Danışıqların təfərrüatları bu həftə açıqlanacaq.

Lakin qiymət artımına baxmayaraq, OPEC+ ölkələrinin may-iyun aylarında hasilatı artırmaq qərarı və İranın mümkün neft ixracı artımı bazarlarda ehtiyatlılıq yaradıb.

Bundan əlavə, Hindistan və Pakistan arasında yaşanan hərbi gərginlik də investorların diqqət mərkəzindədir. Hər iki ölkə atəşkəs razılığına gəlsə də, onun pozulması ilə bağlı xəbərlər yayılıb.

Son xəbərlər
Digər xəbərlər