Bazar ertəsi neft qiymətləri Yaxın Şərqdə təchizatın pozula biləcəyi ilə bağlı narahatlıqlar fonunda yüksəlib, lakin Rusiya-Ukrayna sülh danışıqlarında əsas maneə qalmaqdadır.
Banker.az xəbər verir ki, Brent markalı xam neftin fevral fyuçersləri 56 sent və ya 0.92% artaraq 61.20 dollar/barrel, WTI isə 51 sent və ya 0.9% bahalaşaraq 57.25 dollar/barrel olub.
Hər iki bençmark qiyməti cümə günü qlobal təklifin artacağı və həftəsonu Ukrayna Prezidenti Volodimir Zelenski ilə ABŞ Prezidenti Donald Tramp arasında keçiriləcək görüşlər ərəfəsində mümkün sülh razılaşması ehtimalı fonunda 2%-dən çox dəyər itirmişdi.
Ekspertlər düşünür ki, həftəsonu Rusiya və Ukrayna bir-birinin enerji infrastrukturunu hədəfə alıb. Bu isə geosiyasi gərginliyi yüksək səviyyədə saxlayır və bazarda narahatlıq yaradır. O cümlədən Yaxın Şərqdə vəziyyət yenidən qarışıb — Səudiyyə Ərəbistanın Yəməndə hava hücumları, İranın isə ABŞ, Avropa və İsraillə ‘tammiqyaslı müharibə’ vəziyyətində olduğunu deməsi bazarda təchizat risklərini artırır.
ABŞ Prezidenti Donald Tramp bazar günü bildirib ki, o və Ukrayna Prezidenti Volodimir Zelenski müharibənin başa çatdırılmasına dair razılaşmaya “bəlkə də çox çox yaxın” desə də, lakin tərəflər ən çətin məsələlərin hələ də həllini tapmadığını qeyd ediblər.
Liderlər Florida ştatındakı Mar-a-Lago iqamətgahında görüşdən sonra bazar günü mətbuat konfransı keçiriblər. Tramp danışıqların uğurlu olub-olmayacağının “bir neçə həftə ərzində” aydınlaşacağını deyib. Bununla belə, sülh danışıqları müsbət olsa da, Donbas bölgəsi üzərində nəzarət məsələsi hələ də əsas maneə olaraq qalır.
Ekspertlərə görə, WTI yaxın dövrdə 55–60 dollar aralığında ticarət oluna bilər. Həmçinin ABŞ-ın Venesuela neft daşımalarına qarşı mümkün sanksiyalarını və gündə təxminən 1.5 mln. barrel neft istehsal edən Nigeriyada İŞİD hədəflərinə zərbələrin mümkün nəticələrini də əsas risk amilləri kimi qalır.








