İnvestorlar İranla müharibənin qlobal inflyasiyanı artıracağı və resessiya riskini gücləndirəcəyindən narahat olnası səbəbindən neft qiymətləri bazar ertəsi tarixdə ən böyük aylıq artıma doğru yüksəlişini davam etdirdi.
Banker.az xəbər verir ki, Uol-Strit indeksləri qarışıq dinamika göstərib, bazarlar isə əsas diqqəti geosiyasi risklərə yönəldib.
ABŞ dövlət istiqrazlarının qiymətləri artıb, gəlirlilik isə azalıb, çünki qlobal iqtisadi artımın zəifləməsi ilə bağlı narahatlıqlar inflyasiya risklərini kölgədə qoyub. Münaqişənin beşinci həftəsinə daxil olması və həll yolunun görünməməsi investorların ehtiyatlı davranmasına səbəb olur.
Donald Tramp bildirib ki, ABŞ müharibəni dayandırmaq üçün “daha məntiqli rejim”lə ciddi danışıqlar aparır. O, həmçinin İranı Hörmüz boğazını açmağa çağırıb və əks halda İranın neft obyektlərinə hücum ehtimalını istisna etməyib.
ABŞ Federal Ehtiyat Sisteminin rəhbəri Cerom Pauell qeyd edib ki, mərkəzi bank İran müharibəsinin iqtisadiyyata və inflyasiyaya təsirini qiymətləndirmək üçün gözləyə bilər.
Brent markalı neftin qiyməti 0.2% artaraq 112.78 dollar, ABŞ xam nefti isə 3.3% bahalaşaraq 102.88 dollar olub. Qızılın spot qiyməti 0.49% artaraq 4 514.34 dollar təşkil edib.
JPMorgan analitiklər hesab edir ki, Hörmüz boğazının bağlı qalması neft qiymətlərini 150 dollara qədər yüksəldə və enerji çatışmazlığı yarada bilər.






