14 C
Baku
Saturday, September 28, 2024

Neft qiymətləri “güclü dollar” şəraitində bahalaşır

Bazar ertəsi ABŞ-nin güclü əmək bazarı göstəriciləri ardından faiz dərəcələrinin endirilməsi gözləntilərinin daha da aşağı düşməsi ilə bağlı proqnoz və bu yay yanacağa tələbatın artacağına dair ümidlər yüksəldi.

Banker.az xəbər verir ki, Brent markalı neftin avqust fyuçersləri 28 sent və ya 0.4% artaraq 1 barreli 79.90 dollara, ABŞ-nin WTI markalı xam neftinin fyuçersləri isə 0.3% və ya 26 sent artaraq barreli 75.79 dollar olub.

Cümə günü məlumatlar, ABŞ-nin keçən ay gözlənildiyindən daha çox iş yerləri əlavə etdiyini göstərdi və bu, investorların dolların yüksəlməsinə kömək edən faiz endirimləri ilə bağlı gözləntilərini azaltmağa səbəb oldu.

Güclü dollar digər valyuta ölkələri üçün neft kimi dollarla ticarət olunan malları daha baha edir.

Fransa prezidenti Emanuel Makron, Marine Le Penin ifrat sağçı partiyası tərəfindən Avropa Birliyində keçirilən səsvermədə məğlub olduqdan və iyunun sonunda növbədənkənar parlament seçkiləri çağırdıqdan sonra avro da iqtisadi blokda qeyri-müəyyənliyi əks etdirən təzyiqə məruz qalıb. Avro ötən həftə dollara qarşı ucuzlaşdıqdan sonra bazar ertəsi daha 0.4% ucuzlaşmaqla 1.0753 dollar səviyyəsinə düşüb.

Hər iki neft markası OPEC+ müttəfiqlərinin oktyabr ayından hasilatın azaldılmasına dair planının artan qlobal tədarükə əlavə olacağı ilə bağlı narahatlıqları ilə keçən həftə ardıcıl üçüncü həftəlik ucuzlaşdı.

Analitiklər və bazar iştirakçıları yay tətili tələbinin ehtiyatları azaldacağını və bunun qiymətləri dəstəkləyəcəyini gözləyirlər.

Nüfuzlu “Goldman Sachs” bankının analitikləri üçüncü rübdə Brent neftinin 86 dollar/barel səviyyəsinə qalxacağını gözləyir. Neftin günlük üçüncü rübdən 1.3 mln. barrel defisitinin də qaçılmaz olacağına eyham vururlar.

OPEC+ alyasında mühüm hasilat payı olan İraqın neft naziri Hayan Əbdül-Qani Kürdüstan bölgəsinin rəsmiləri və orada fəaliyyət göstərən beynəlxalq şirkətlərin nümayəndələri ilə İraq-Türkiyə neft boru kəməri ilə bir vaxtlar təxminən 0.5%-lik neft ixracını bərpa etmək üçün danışıqlarda irəliləyiş olduğunu bildirib və bu isə təklif tərəfdə bir qədər artıma işarədir.

Son xəbərlər
Digər xəbərlər